Dubay şeyxinin silahlı yaxtası:100 METR YAXINLAŞANI VURUR

  • DÜNYA
  • 06.09.2019 23:49
  • 34 dəfə oxundu
img
img

Dubay şeyxi Abdullah əl-Futtaimin uzunluğu 110 metr olan "Radiant" adlı yaxtası ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, “Əl-Futtaim Group” Holdinqinin rəhbəri olan milyarder Abdullahın yaxtasında helikopterin enib-qalxması üçün meydança, bir gecədə 20 nəfəri qonaq qəbul edə bilən 10 kayutası var. 2009-cu ildə sahibinə təhvil verilmiş gəminin 44 nəfərlik daimi işçi heyəti mövcuddur.  

Amma bu yaxtanın ən özəl tərəfi onun silahla təhciz edilməsidir. Belə ki, gəmiyə ona icazəsiz yaxınlaşan şəxsin qulaq pərdələrini səslə partladan silah və 100 metrə qədər yaxınlaşmaqda olan bir kateri batıra biləcək kiçik top quraşdırılıb.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər