DSK-dan Zahir Əzəmətlə bağlı gülməli qərar

  • GÜNDƏM
  • 14.01.2020 18:15
  • 263 dəfə oxundu

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Zahir Əzəmət 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. JAMAZ.İNFO xəbər verir ki, Qaynarinfo.az saytının rəhbəri zəruri olan 450 imzanı vaxtında yığaraq, müvafiq sənədlərlə birlikdə yerli DSK-ya təqdim edib. Lakin imzaların və sənədlərin yoxlanılması prosesi bir həftədən çoxdur ki, müzakirə olunurdu. Bununla bağlı açıqlama verən Əzəmət bildirmişdi ki, onu bu gün saat 17:00-da DSK-ya dəvət ediblər.

Qeyd olunan vaxt DSK-da olan baş redaktora mənfi cavab verilib. Ən qəribəsi odur ki, həmin cavab olduqca gülməlidir. Zahir Əzəmət bununla bağlı sosial şəbəkələrdə yazıb: "DSK namizədliyimi qeydə almaqdan imtina etdi. İmzalarla hər şey qaydasındadır. İndi imtina səbəbinə baxın: Əmlak Komitəsi DSK-nın 26.12.2019-cu il tarixində sorgusuna fərqli, mənimə 08.01.2020-ci tarixində aldığım arayışa fərqli cavab verib".

O qeyd edib ki,  respublika üzrə adıma hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində rəsmi arayış alıb. "DSK-ya verdiyim məlumatları da onun əsasında tərtib etmiş, həmin rəsmi arayışı da bildirişə əlavə etmişəm. İndi isə məlum olur ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin ata yurdumuza ailə üzvü olaraq mənim də adımın keçdiyini yazıb, amma bundan 13 gün sonra mənə verdiyi cavabda bunu qeyd etməyib. Bunu özümə qarşı qurulmuş oyun, qərəz adlandırmağa tam əsas yaranır. 

Üstəlik, DSK-ya həm də Əmlak Komitəsindən aldığım rəsmi arayış təqdim etməyim onu göstərir ki, birincisi, uyğunsuzluq mənim yox, dövlət qurumunun verdiyi məlumatdadır. İkincisi, bu, sübut edir ki, bu, məlumatın tərəfimdən məqsədli gizlədilməsi deyil. Seçki Məcəlləsinin 58.2-ci madddəsinə görə, bu uyğunsuzluq qəsdən edilməyibsə, DSK onuu aradan qaldırmaq üçün namizədə 48 saat vaxt verməlidir. Amma DSK sədri Dilşad Abbasova qanunun tələblərini kobud şəkildə pozaraq, rəsmi dövlət qurumunun verdiyi arayışı tanımaqdan imtina edərək, çox nümayişkaranə şəkildə məni qeydə almaqdan imtina etdi. Komissiya üzvlərinin davranışları da göstərdi ki, ümumiyyətlə, burada iclaslar tamamilə formaldır, onların heç nədən xəbəri yoxdur. Bəziləri hətta iclasın sonunda gəlib çıxsalar da, nədən söhbət getdiyini bilmədən, sədr nəyə əl qaldırdısa, ona da əl qaldırdılar. İclasdan sonra isə komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat ummağa, dua etməyə başladı. Mən o dualara qoşulmuram: Allah günahlarınızdan keçməsin!"

Sonda Zahir Əzəmət Prezident İlham Əliyevin bu mövzuda xüsusi həssalıq göstərəcəyinə ümidli olduğunu bildirib: "Əlbəttə, DSK-nın bu qanunsuz qərarından şikayət edəcəyik. Çünki bu qərar ilk növbədə ölkədəki seşçki prosesinə, onun demokratik və sağlam rəqabət mühitində keçirləcəyi ilə bağlı ümidlərə kölgə salır. DSK-nı az qala məscidə çevirən Dilşad Abbasovanın bu qərarı Prezident İlham Əliyevin başladığı geniş islahat kursuna ziddir". 

Bildirək ki, DSK-nın qərarı olduqca gülməlidir. Çünki belə bir şey imtina üçün səbəb ola bilməz. 

Xatırladaq ki, Zahir Əzəmətin 45 saylı Seçki Ddairəsində əsas rəqibi Milli Məclisin sabiq spikeri Oqtay Əsədovdur. Görünür, sabiq spiker rəqibinin gücündən ciddi ehtiyatlanaraq, DSK-dan belə bir qərar çıxarmasını istəyib ki, baş redaktoru seçkidən kənarda saxlasın. 

İclasdan sonra komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat umur, dua edir.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər