DİN rəhbəri jurnalist Anar Məmmədovu qəbul edib

  • GÜNDƏM
  • 13.01.2020 18:04
  • 15 dəfə oxundu

Bu gün DİN rəhbəri Vilayət Eyvazov Criminal.az saytının redaktoru Anar Məmmədovu qəbul edib. A.Məmmədov vəhşicəsinə döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasını xahiş edib. 

“Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda bu qəbildən olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. Bildirdim ki, son zamanlar mütəmadi olaraq əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram. Buna görə də belə məlumatların əsassız iddia müəllifləri tərəfindən yayıla biləcəyini istisna etmirəm. Bütün hallarda baş verənlər mənim jurnalist fəaliyyətimlə bağldır”, -A.Məmmədov bildirib. 

Jurnalistin sözlərinə görə, nazir onu diqqətlə dinləyib və deyib ki, işi şəxsi nəzarətinə götürür. O, zəruri araşdırmanın aparılacağını vəd edib və deyib ki, bunun üçün kifayət qədər texniki imkan var.  

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin”, - A.Məmmədov nazirin sözlərini çatdırıb.

Xatırladaq ki, yanvarın 10-da sosial şəbəkələrdə A.Məmmədovun hansısa bir oliqarxın sifarişi ilə vəhşicəsinə döyülməsi barədə məlumat yayılıb. Həmin gün A.Məmmədov Ağdam rayonunda sahibkar Məlahət Qurbanovanın ona qarşı məhkəmə prosesində olub. M.Qurbanova “böhtan” və “təhqir”ə görə jurnalistin həbs olunmasını tələb edib. 

A.Məmmədov günahkar kimi tanınarsa onu iki ilədək azadlıqdan məhrumetmə cəzası və əlavə olaraq hazırda şərti olaraq çəkdiyi 5,5 il müddəti (2018-ci ilin iyulunda baş vermiş Gəncə hadisələri barədə yazıya görə) gözləyir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər