DIN-də kadr dəyişiklikləri davam edir

  • XƏBƏR
  • 09.09.2019 21:24
  • 19 dəfə oxundu

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub. JAMAZ.İNFO xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib. 

Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Bundan başqa, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatda Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Muhamməd Xamedov vəzifəsindən azad edilib. O, həmin idarənin Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi təyin olunub. 

Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi Hatəm Abdullayev isə Xaçmaz Dəmir yolu Polis Şöbəsinin rəisi təyin edilib.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər