Deputatların xaricə səfərlərinə niyə qadağa qoyulub?

  • SİYASƏT
  • 05.12.2019 11:44
  • 50 dəfə oxundu

Xəbər verildiyi kimi, Milli Məclisin deputatlarının xaricə səfərləri ləğv olunub. Parlamentdən verilən xəbərdə bu daaım belə əsaslandırılıb ki, Məclisin buraxılması ehtimalının böyük olması səsbəbindən deputatların xaricə edəcəkləri səfərlərinin maliyyələşdirilməsi dayandırılıb.  

Hətta onu da bildirək ki, ATƏT Parlament Assambleyasının dekabrın 4-də Slovakiyada keçirilən büro iclasında və ATƏT-in Nazirlər Şurasının iclasında da Azərbaycandan olan nümayəndə heyəti iştirak etməyib. Həmin iclasda Milli Məclisin iki deputatının iştirakı nəzərdə tutulurdu.

JAMAZ.İNFO-ya daxil olan məlumata görə, deputatların xaricə səfər etməsinin ləğv olunması heç də deyilənlərlə birbaşa bağlı deyil. Etibarlı mənbələrdən daxil olan bilgilərdə qeyd olunur ki, belə bir qərarın verilməsinə səbəb, həm də bəzi deputatlarla bağlı şübhələrin olması, habelə, onlardan bir neçəsinin ölkəni birdəfəlik tərk edə biləcəyi ehtimalının böyüklüyüdür.

Qeyd edilir ki, təkcə beynəlxalq tədbirlərə deyil, eyni zamanda millət vəkillərinin şəxsi zəmində ölkəni tərk etmələri də qadağan edilib.

Mənbə iddia edir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinidən sonraya qədər qoyulmuş qadağanın ardından, həmin deputatlarla bağlı tədbir görüləcək. Lakin xəbər qaynağı konkret olaraq söhbətin hansı deputatlardan getdiyini və onların nə kimi “günaha sahib” olmaları ilə bağlı heç bir açıqlama verməyib. Eyni zamanda, onlara qarşı hansı addımların atılacağından da xəbərsiz olduğunu bildirib.

Məsələni dəqiqləşdirməyə çalışacağıq.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər