Tanınmış vəkilin peşə fəaliyyətinə xitam verilə bilər

  • SİYASƏT
  • 09.09.2019 11:15
  • 72 dəfə oxundu

Daha bir vəkilin peşə fəaliyyətinə xitam verilə bilər. JAMAZ.İNFO xəbər verir ki, Vəkillər Kollegiyası son dövrlər bir çox tanınmış vəkillərin ya fəaliyyətinə xitam vermək, ya da onların fəaliyyətlərini məhdudlaşdırmaq üçün bir sıra addımlar atmağa başlayıb. Bir müddət əvvəl Aqil Layıcın fərdi vəkillik hüququ ləğv edilib. Digər tanınmış vəkil Elçin Sadıqovu da belə bir hüquqdan məhrum etmək cəhdi hələlik baş tutmayıb. 

Lakin Vəkillər Kollegiyası daha bir vəkilin fəaliyyətini məhdudlaşdırmaq üçün addım atıb. Bu barədə Şəhla Hümbətova açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, xanım vəkil bildirib ki, bu gün saat 16:00-da onu Rəyasət Heyətinin iclasına çağırıblar. "Telefonla zəng vurub dəvət edən şəxsə bildirdim ki, Azərbaycanda deyiləm və mənə aid məsələnin baxılmasını təxirə salınmasını xahiş etdim. Həmin şəxs daha sonra əlaqə saxlayıb bu barədə məlumat verəcəyini bildirsə də, bunu etmədi. Həmçinin, Rəyasət Heyətinin sədri Anar Bağırova da Facebook vasitəsi ilə mesajı göndərmişəm, amma oxunmayıb. Vəkillər Kollegiyasının saytında ekektron müraciət bölməsi isə işləmir, məktub getmir".

Posts Carousel

Xəbər lenti

Video xəbərlər