Daha bir bağçada uşaqların döyülməsi ilə bağlı iddia

  • GÜNDƏM
  • 09.09.2019 11:41
  • 100 dəfə oxundu

Uşaq bağçalarında körpələrin döyülməsi, incidilməsi ilə bağlı dəfələrlə məlumatlar yayılıb. JAMAZ.İNFO xəbər verir ki, bununla əlaqədar hətta videogörüntülər də yayılıb. Belə hallar ortaya çıxan kimi, Bakı Şəhər İcra Hakimiyyəti məsələyə müdaxilə etsə də, cəzalandırma digər bağçaların analoji addım atmasının qarşısını ala bilmir.  

Bu günlərdə isə daha bir valideyn bağçada uşaqların döyülməsi ilə bağlı məlumat yayıb. O qeyd edib ki, Nəcəf Nərimanov küçəsi 5A ünvanında yerləşən “Mauqli” uşaq bağçasında uşaqların döyülməsi halları var. Elvina Əlicanlı Facebook sosial şəbəkəsində yazıb ki, həmin bağça onun iş yerinin yaxınlığında yerləşir. “Orada uşaqları çox ağladırlar. Bütün günü uşaqlar qışqırırlar. Ayda nə qədər pul alsalar da, durum yaxşı deyil. O gün yaşı bir kişi iş yoldaşım qızdan xahiş edib ki, “ay qızım, gəl, gör vururlar uşağı? Qiz deyir ki, gedib pəncərədən qulaq asıb. İşçilərdən biri sillə vurub uşağı ağladıb. Hətta sillənin səsindən diksinib”.

Elvina Əlicanova valideynlərə müraciət edərək onlardan diqqətli olmalarını istəyib. “Mən buradan valideynlərə səslənirəm: Diqqətli olun! Bilin və agah olun ki, döyülmə halları var”.

Sözügedən uşaq bağçasının da mövqeyini dərc etməyə hazırıq.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər