Çıraqlı kəndi neçə əsgərlə işğaldan azad edilib?

  • GÜNDƏM
  • 03.09.2019 00:11
  • 40 dəfə oxundu

Azərbaycanın işğal altında olmuş bir çox kəndləri var ki, onların düşmən tapdağından azad edilməsi ilə bağlı maraqlı və ziddiyyətli məlumatlar bu gün də müzakirə mövzusudur. JAMAZ.İNFO xəbər verir ki, onlardan biri də Ağdam rayonunun Çıraqlı kəndirir.  

Qeyd edək ki, kənd 1994-cü ildə düşmən tapdağından azad edilib. Belə ki, Çıraqlının işğaldan azad edilməsi Milli Qəhrəman Yelmar Ədilovun rəhbərlik etdiyi 17 nəfərlik tabor sayəsində mümkün olub. Həmin əməliyyat zamanı Çıraqlı kəndində düşmənin bir tankı və bir bölüyə qədər canlı qüvvəsi olub. Qeyri-bərabər döyüşdə itki verən düşmən Bayramlar istiqamətinə çəkilib.

Bildirək ki, bundan sonra kəndin müdafiəsini peşəkar zabit A.Məlikov PDM-lə həyata keçirib. Kəndin işğaldan azad edilməsi və müdafiə olunmasında iştirak edən əsgər və zabitlərdən hazırda həyatda olanlar var.

Nəzərinizə çatdıraq ki, Milli Qəhrəman Yelmar Ədilovun şəhid olmasından sonra batalyona onun həyat yoldaşı Reyhan xanım rəhbərlik edib.

Xatırladaq ki, Ağdamın Çıraqlı kəndi hal hazırda Milli Ordunun nəzarətindədir. Kənd cəbhə xəttinə çox yaxın olduğundan ermənilər tərəfindən mütəmadi olaraq atəşə tutulur.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər