Bu gün Zahir Əzəmətin MSK-da şikayətinə baxılacaq

  • XƏBƏR
  • 17.01.2020 10:44
  • 68 dəfə oxundu

‎Xəbər verdiyimiz kimi, 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş tanınmış jurnalist, Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmətin namizədliyi yerli DSK tərəfindən qeydə alınmayıb. JAMAZ.İNFO bildirir ki, DSK-nın gətirdiyi “əsas” ondan ibarət olub ki, guya, Əmlak Məsələləri Dövlət Komitəsinin onlara verdiyi arayışla, Zahir Əzəmətin elə həmin qurumdan aldığı arayış arasında uyğunsuzluq var. 

Qanuna əsasən DSK əmlakla bağlı məsələdə zəruri olan sənədlərdə çatışmazlıq olduğu təqdirdə, namizədə onun düzəldilməsi üçün 48 saat vaxt verməlidir. Lakin 45 saylı DSK bunu etməyib.

Bildirək ki, baş redaktor üzləşdiyi haqsızlıq və qanunsuzluqla əlaqədar MSK-ya şikayət edib. Bu gün saat 14:00-da isə onun şikayətinə baxılacaq. Bununla bağlı, Zzahir Əzəmət deyib ki, MSK-nın onun şikayətini ədalətli şəkildə araşdırıb, düzgün qərar verərək, onun namizədliyini qeydə alacağına ümid edir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər