Bu gün Əfqan Muxtarlının məhkəməsi gözlənilir

  • GÜNDƏM
  • 17.10.2019 23:25
  • 112 dəfə oxundu

Jurnalistin azadlığa buraxılacağına dair iddialar var  

16 saylı cəzaçəkmə müəssisəsində haqsız yerə cəza çəkən jurnalist Əfqan Muxtarlının bu gün məhkəməsi keçiriləcək.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Muxtarlının cəzasının 1/3 hissəsini çəkməsi səbəbindən cəzasının qalan hissəsinin daha yüngül cəza növü ilə əvəzlənməsi məqsədi ilə Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edilib.

Məlumatda deyilir ki, ərizənin Əfqan Muxtarlı və ya onun vəkili tərəfindən yazıldığı məlum deyil.

Mənbənin bildirdiyinə görə, məhkəmə dünən olmalıydı. Lakin proses texniki səbəbdən təxirə salınıb və həftənin 5-ci gününə keçirilib.

İddia edilir ki, məhkəmə jurnalisti həbsdən burxmaqla bağlı qərar qəbul edəcəyi gözlənilir.

Həmin məlumatlara görə, Muxtarlının həbs cəzası vaxtından əvvəl şərti azadlıqdan məhrum etmə ilə əvəzlənə bilər.

Qeyd edək ki, ötən günlərdə bir qrup jurnalist dövlət başçısına Əfqan Muxtarlının azadlığa buraxılmasına yardımçı olması üçün müraciət edib. Güman edilir ki, həbsdə olan jurnalistin adının məhkəmə siyahısına əlavə edilməsi də məhz bununla bağlıdır. Həm də o da güman edilir ki, bir qrup nüfuzlu jurnalistin dövlət rəhbərinə müraciət etməsi və müraciətin müsbət qarşılanması Əfqan Mmuxtarlının azadlığa çıxması üçün zəmin ola bilər.

Xatırladaq ki, Əfqan Muxtarlı Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq gizlicə Azərbaycana göndərilib və burada həbs edilib. Məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı zorakılıq tətbiq etməkdə ittiham edib. Hazırda həbsxanada olan jurnalist 6 il həbs cəzası alıb.

Amnesty International beynəlxalq təşkilatı Ə.Muxtarlını “vicdan məhbusu” kimi tanıyıb.

Məsələ ilə bağlı JAMAZ.İNFO-ya açıqlama verən Əfqan Muxtarlının vəkili Nemət Kərimli bildirib ki, onda bu barədə heç bir məlumat yoxdur. "Mən bu barədə məlumatsızam. Həmçinin mən belə bir ərizə yazmamışam və müraciət də etməmişəm. Əfqan Muxtarlının da belə bir ərizə yazdığına inanmıram. Onunla bu barədə görüşlərimizdə ümumiyyətlə, söhbətimiz olmayıb. Əgər Əfqan belə bir ərizə yazsaydı, şübhəsiz, mənim məlumatım olardı". 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər