Baş redaktor nazirə müraciət etdi:“Bu mənə qarşı təxribatdır”

  • GÜNDƏM
  • 11.01.2020 19:17
  • 129 dəfə oxundu

Bu gün sosial şəbəkələrdə Criminal.az saytının baş redaktoru Anar Məmmədovun bir neçə nəfərin hücumuna məruz qalması və vəhşicəsinə döyülməsi barədə məlumatlar yayılıb. Həmin məlumatda iddia edilib ki, guya, həmin adamlar baş redaktora qaranlıqda hücum edib, onu yarımçıq tikililərdən birinə apararaq, orada döyüblər.  

Məsələ ilə bağlı JAMAZ.İNFO-ya açıqlama verən Anar Məmmədov barəsində yayılmış məlumatın yalan və bunun ona qarşı düşünülmüş planın tərkib hissəsi olduğunu deyib. O bildirib ki, bu, ona qarşı gələcəkə həyata keçirilməsi nəzərdə tutulmuş təxribatın tərkib hissəsidir.

Baş redaktor məsələnin araşdırlması, onun barəsində yalan məlumat yayanların tapılması və cəzalandırılması məqsədi ilə DİN rəhbəri Vilayət Eyvazova müraciət edirb. Müraciətdə deyilir: “Mən Criminal.az saytının təsisçisi və baş redaktoruyam. Yanvarın 11-də sosial şəbəkələrdə barəmdə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda vəhşicəsinə döyülməyim iddia olunub. Bu cür məlumatların yayılması mənə qarşı gəlcəkdə törədilə biləcək təxribatların tərkib hissəsi ola bilər. Xahiş edirəm, belə məlumatları yayanların müəyyən olunaraq, barələrində müvafiq tədbirlər görülməsinə göstəriş verəsiniz”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər