Banklarda dolların qiyməti qalxdı –2 manat 14 qəpik

İlin sonuna yaxınlaşdıqca dolların manata nisbətdə dəyərə mindiyi müşahidə olunur. JAMAZ.İNFO xəbər verir ki, artıq bir çox valyuta dəyişmə məntəqələrində 1 dolların 1.703 manata satıldığı dəqiqdir. Hərçənd Milli Bank son məzənnəni 1 dollar üçün 1.7 manat müəyyən edib və heç bir artım yoxdur.  

Lakin son günlər bankların bir çoxu dolların qiymətini bizə bəlli olmayan səbəblərdən bahalaşdırıblar. JAMAZ.İNFO-nun araşdırması nəticəsində məlum olub ki, hal hazırda xaricə pul köçürmələri zamanı banklar 1 dollar üçün 2.14 manat qiymət müəyyənləşdiriblər.

Redaksiyamıza müraciət edən bir neçə vətəndaş bildirib ki, onlar xaricə kiçik həcmli pul köçürülməsi zamanı bu hallarla üzləşiblər. Məsələn, 36 dollar pul köçürmək istəyən müştəridən nağd dollar qəbul etməyən Bank Of Baku, həmin valyutanı özü köçürə biləcəyini deyib. Bu azmış kimi, lazım olan 36 dollar üçün 73 manat məbləğ müəyyənləşdirib. Üstəlik, 11 manat vergi tutub.

Bbir digər müştəri isə bildirir ki, ondan xaricə ödəməli olduğu 14 dollar üçün bank 30 manat pul tələb edir. Həmçinin 5 manat da əlavə vergi üçün haqq istəyib.

Qeyd edək ki, hal hazırda ölkədə dolların rəsmi kursu 1.70 manatdır. Bankların müəyyən etdiyi məzənnədən isə belə anlaşılır ki, 1 dollar 2.14 manat təşkil edir. Onu da vurğulayaq ki, mövcud qanunvericiliyə görə, heç bir bank özbaşına xarici valyutanın qiymətini bahalaşdıra bilməz. Yalnız alqı-satqı zamanı Milli Bankın müəyyən etdiyi məzənnənin üzərinə 2 faiz gələ bilər.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər