Bakıda azərbaycanlıları təhqir edənlər saxlanıldı –GÜRCÜSTANLI HƏMVƏTƏNLƏRİMİZ İMİŞ - VİDEO

  • GÜNDƏM
  • 05.11.2019 09:30
  • 750 dəfə oxundu

Bir neçə gün əvvəl Bakının mərkəzində erməni musiqisi dinləyə-dinləyə Azərbaycan xalqını təhqir edən şəxslərin çəkib, ictimailəşdirdiyi video-görüntülər yayılmışdı. JAMAZ.İNFO Ovqat.com saytına istinadənxəbər verir ki, hadisədən sonra hüquq-mühafizə orqanları bununla bağlı araşdırma apararaq, həmin şəxslərin kimliyini müəyyənləşdirərək, saxlayıb.   

Həmin məlumata görə, paytaxtın yollarında qurulmuş kameralara düşən nəqliyyat vasitəsi təsbit olunub. İlkin araşdırmalar nəticəsində erməni diversiya qrupu olmaqda şübhəli bilinən şəxslər Gürcüstan azərbaycanlıları çıxıb. Şübhəlilər ilkin ifadələrində Bakıda yaşayan qohumlarıgilə gəldiklərini etiraf ediblər. Qeyd edilir ki, hüquq-mühafizə orqanları hazırda şübhəlilərin erməni əks-kəşfiyyatına işlədikləri versiyasını da araşdırırlar.

Xatırladaq ki, bununla bağlı məsələ ölkədə ciddi rezonansa səbəb olmuşdu. Azərbaycanlıları təhqir edən şəxslərin erməni olduqları və onların təxribatla məşğul ola biləcəkləri iddia edilirdi. Ciddi narazılıqla qarşılanan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının tədbir görmələri tələb edilirdi.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər