Bakıda 3 icra başçısı təyin edildi,ŞİRVAN VƏ ZƏRDABIN RƏHBƏRLƏRİ DƏYİŞDİ

  • GÜNDƏM
  • 12.11.2019 16:04
  • 27 dəfə oxundu

Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovu Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 

Prezident Elşad Eldar oğlu Həsənovu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 

Qeyd edək ki, Elşad Həsənov millət vəkilidir. 

  İlham Əliyev Rafiq Çəpərxan oğlu Quliyevi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. O, indiyədək Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini tuturdu. 

Bundan başqa, Prezidentin sərəncamı ilə Zərdabın icra başçısı Lütfəli Babayev işdən azad edilib. Onun yerinə isə Mərdan Camalov təyinat alıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovu isə onun Suraxanıdakı həmkarı İlqar Abbasov əvəzləyib. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər