Bakı Mətbuat Klubunun saytının təqdimatı keçirilib -VİDEO

  • GÜNDƏM
  • 18.09.2019 11:44
  • 34 dəfə oxundu

Sentyabrın 17-də Bakı Mətbuat Klubunun Pressklub.az saytının təqdimatı baş tutub. 1998-ci ildə yaradılan Mətbuat Klubu 2005-ci ildə öz fəaliyyətini dayandırmışdı. 

Mətbuat Klubunun bərpasının təşəbbüsçüsü və təsisçilərindən biri, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev saytın mətbuatla bağlı insanları məlumatlandırmağa, onları birləşdirməyə yönəldiyini deyib.   

Açılışda ictimaiyyət nümayəndələri və jurnalistlər çıxış edib.  

Arif Əliyev saytın açılışını Bakı Mətbuat Klubunun tam bərpası yolunda ilk addım olduğunu vurğulayıb.  

Saytda mətbuata dair yerli və beynəlxalq qanunvericilik, jurnalistlər üçün beynəlxalq strukturların təklifləri barədə məlumatlara yer verilecek ve ölkə mediası haqda hesabatlara, araşdırmalara qədər geniş, 9 bölümdən ibarət informasiya bazası yaradılacaq. 

Qeyd edək ki, 1998-ci ildə «Yeni Nəsil» Jurnalistlər Birliyi, «Turan» agentliyi, «Zerkalo», «Xalq», «525-ci» qəzetlər və ANS televiziyası tərəfindən təsis edilən Bakı Mətbuat Klubu maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmalı olumuşdu.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər