Bakı məktəbində qızları oğurlayan qadın peyda olub? -YENİLƏNİB

  • GÜNDƏM
  • 24.01.2020 11:08
  • 47 dəfə oxundu

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var. “Yeni Sabah” xəbər verir ki, bununla bağlı iki valideynin “Whatsapp” sosial şəbəkəsində səsi yayılıb. 

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar. 

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb. "Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib. 

**

96 saylı tam orta məktəb şagirdlərin oğurlanması ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirib.

Məktəbin direktoru Əminə Hüseynova Qaynarinfo-ya açıqlamasında məlumatın tamamilə yalan olduğunu deyib. O bildirib ki, məsələ hüquqi müstəvidə həll olunacaq: "Hazırda polislər və valideynlər buradadır. Biz həmin məsələni müzakirə edirik. Həmin uşağın valideyinlərini bura dəvət etmişəm. Qadın deyir ki, mən məktəbin həyətində gəzirəm, idman edirəm, əlininn biri şikəst, ayağı da axsayır. Nənəsi valideynlərlə mübahisə edir ki, "niyə mənim nəvəmin adı hallanır? Heç kəs mənim nəvəmi oğurlamağa cəhd etməyib”. Dövlətin əleyhinə təxribat yayırlar. Ona görə də biz bu məsələni dövlətin qanunları müstəvisində həll edəcəyik”. 


**


"Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.  Bu barədə Qaynarinfo-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

O qeyd edib ki, BŞBPİ və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq polis idarəsinə gətirilib: "Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır". 



 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər