Azərbaycanda Yeni ilə kimi əfv olacaqmı? -TÜRKMƏNİSTAN VƏ ÖZBƏKİSTAN 630 MƏHBUSU AZAD EDİB

  • SİYASƏT
  • 08.12.2019 13:36
  • 21 dəfə oxundu

Türkmənistan prezidenti 528 məhbusun əfv olunması ilə bağlı sənəd imzalayıb. Ölkənin rəsmi informasiya agentliyinin verdiyi məlumata görə, prezident Berdymukhamedov əfv sərəncamını dekabrın 6-da imzalayıb. Bu 2019-cu ildə verilən sayca 4-cü əfvdir. Bundan əvvəl sentyabr ayında - müstəqilik gününüdə 868 məhbus əfv edilib. Ondan əvvəl Ramazan ayında 764, Novruz bayramında isə 2028 məhbus əfv edilib.

Bu əsnada, Özbəkistan prezidenti də ölkədə konstitusiya qəbul edilməsinin 27-ci ildönümü münasibəti ilə 92 məhbusu əfv edib. Bu barədə AzadlıqRadiosunun özbək xidməti məlumat yayıb. 

Qeyd edək ki, Azərbaycanda da əlamətdar günlərdə əfv sərəncamları imzalanır. Bu adətən Novruz və Yeni il bayramlarında baş verir. Lakin son illər Azərbaycan hökuməti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə əfv sərəncamları vermək prosesinə ara verib. Yalnız Novruz Bayramında analoji addımları atır. Türkmənistan və Özbəkistandan sonra Azərbaycan hökumətinin də eyni addımı atacağı mümkündürmü? 

Əfv Komissiyasından verilən məlumatdan belə məlum olur ki, hal hazırda komissiyanın tərkibindəki bölmələr fəaliyyətini davam etdirir, edilən müraciətlər araşdırılır və müvafiq rəy verilir. Lakin Komissiya üzvlərinin son dönəmlər toplanmadığı və iclaslar keçirmədiyi də verilən məlumatlar sırasındadır. Bbildirilir ki, əgər Komissiyanın üzvləri iclas keçirib, ilin sonuna kimi əfvlə bağlı qərar qəbul edərlərsə, o zaman zəruri olan siyahı dövlət başçısına təqdim olunacaq. Eyni zamanda, Azərbaycanda əfv etmək səlahiyyəti Prezidentin ixtiyarındadır. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər