Azərbaycanda boşanmaların sayı rekord həddə çatıb

  • GÜNDƏM
  • 22.01.2020 13:02
  • 61 dəfə oxundu

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 58 min 317 nikah və 15 min 635 boşanma halları qeydə alınıb. 

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, il ərzində qeydə alınan bu göstərici müstəqil Azərbaycan tarixində qeydə alınan ən yüksək göstəricidir. Əvvəlki illərdə heç vaxt bu sayda boşanma qeydə alınmayıb.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,7 olub. Bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstəricidir.

Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonrakı ildə - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər