AXCP fəalı 30 sutka həbsə məhkum edilib

  • XƏBƏR
  • 14.01.2020 12:39
  • 9 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev 30 sutka inzibati həbsə məhkum edilib. AmerikanınSəsi xəbər verir ki, bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzov isə 50 manat məbləğində inzibati qaydada cərimələnib. "Mən, Ceyhun Novruzov və Zamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişik, yemək sifariş vermişik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı, Ceyhun və Zamin bəyin qanında guya alkoqol izləri çıxdı. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Novruzovu 50 manat məbləğində cərimələdilər, Zamin Salayevi isə Səbail rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək 30 sutka inzibati qaydada həbsə məhkum etdilər," Nicat Abdullazadə bildirib. 

Abdullazadə hesab edir ki, Salayevin saxlanılmasının səbəbi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır. 

Məsələ ilə bağlı rəsmi qurumlar hələ münasibət bildirməyib. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər