Avropa Məhkəməsindən Azərbaycana qarşı iki qərar

  • XƏBƏR
  • 05.12.2019 13:14
  • 23 dəfə oxundu

“AİHM bu gün, dekabrın 5-də Azərbaycanla bağlı iki qərarını açıqlayıb. Hər iki qərarda iddia olunan pozuntular tanınıb, hökumətin üzərində şikayətçilərə təzminat ödəmək vəzifəsi qoyulub”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağalı məlumat yayıb.  

O bildirib ki, qərarlardan biri mərhum yazıçı-jurnalist Rafiq Tağı-nın şikayəti ilə bağlıdır. “Söhbət mərhum yazıçı-jurnalistin və onun həmkarı Samir Sədaqətoğlunun bir məqaləyə görə, 2006-cı ildə azadlıqdan məhrum edilmələri üzrə göndərilmiş şikayətdən gedir.

Avropa Məhkəməsi hesab edib ki, jurnalistin bir məqaləyə görə, cinayət cəzasına məhkum eidlməsi onun ifadə azadlığı hüququnu (Maddə 10) pozub. Qərara əsasən, hökumət Rafiq Tagının ailəsinə 12 850 avro təzminat ödəyəcək”.

O deyib ki, AİHM-in digər qərarı bir qədər də Azərbaycanda deputatların necə seçilməsinə qiymət verəndir. “Söhbət 2010-cu ildə keçirilmiş parlament seçkilərində müxalifətçi namizəd Bəybala Əbilovun şikayəti üzrə qərardan gedir. AİHM öz qərarında hesab edib ki, B.Əbilovun seçki hüququ pozulub. Hökumət ona 5959 avro təzminat ödəməlidir.

Maraqlıdır ki, bu qərar AİHM-in Bəybala Əbiloval bağlı qəbul etdiyi ikinci qərardır. O, 2005-ci ildə də Qaradağdan deputatlığa namizəd olmuşdu. MSK namizdəliyini ləğv etmişdi. AİHM 2012-ci ildə onun seçki hüququna müdaxilə edilməsinə qərar vermiş, hökuməti 9100 avro cərimələmişdi”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər