Arif Hacılı saxlanıldı

  • XƏBƏR
  • 12.11.2019 16:08
  • 20 dəfə oxundu

Müsavat Partiyası başqanı Arif Hacılı saxlanılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə partiyanın Aparat rəhbəri Gülağa Aslanlı məlumat verib. 

O bildirib ki, 13:30 radələrində Arif Hacılının maşınını DYP əməkdaşları saxlayıb. "Amma orada olan digər polis əməkdaşları Arif Hacılı və Kərimxan Zeynalovu başqa avtomobilə aparıblar.

Arif Hacılının mülki geyimli, idmançı görkəmli şəxslər tərəfindən, “Tayot” markalı maşınla naməlum istiqamətdə aparıldığı məlumdur".

Qeyd edək ki, bu gün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin önündə piket keçirəcəyini bəyan etmişdi. Bbu səbəbdən bir neçə gündür hüquq mühafizə orqanları partiyanın fəal üzvlərini saxlamağa başlayıb.  

Posts Carousel

Xəbər lenti

Video xəbərlər