Almaniyadakı mühacirlər Xocalı yürüşü keçirəcək

  • XƏBƏR
  • 15.01.2020 18:34
  • 49 dəfə oxundu

Almaniyada yaşayan azərbaycanlı mühacirlər tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımının ildönümü ilə bağlı yürüş-mitinq keçiriləcək. Bu barədə Röya Rəfili məlumat verib.  

O bildirib ki, yürüş 26.02.2020-ci il tarixdə Berlində Amerika səfirliyinin qarşısından başlayıb, Fransa səfriliyinə qətnamə təqdim etməklə, Rusiya səfirliyinə qədər davam edəcək və orada mitinq keçiriləcək. “Marşrutun belə seçilməsi ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olmaları ilə əlaqədardır”.

Onun sözlərinə görə, sonra azərbaycanlı mühacirlər Xocalı Soyqırımını birbaşa törədən Ermənistanın Berlindəki səfirliyi qarşısına toplaşacaqlar. “"Kölgə" Avropada yaşayan bütün azərbaycanlılara səslənir: Əsrin ən böyük faciələrindən biri olan Xocalı Soyqırımını dünyaya tanıtmaq üçün gəlin, Azərbaycanın haqq səsini birlikdə dünyaya duyduraq!”

Posts Carousel

Xəbər lenti

Video xəbərlər