Almaniyada 554 mənzil adam şəxsin oğlu da deputatlığa namizəd oldu –FOTOLAR

  • SİYASƏT
  • 11.01.2020 19:21
  • 76 dəfə oxundu

“Vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin də 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.  

O bildirib ki, Nicat Mustafazadə KAPİTAL BANK ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur. “Atası Nasir Mustafazadə "Azəri Servis LTD"nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun sahib olduğu şirkət irihəcmli tenderlərin "qalibi" olub. Əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon İcra Hakimiyyətləridir”.

Həsənli onu da vurğulayıb ki, sözügedən şəxs bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk işadamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər