GündəmManşet

“Newseek”: “Qarabağda dron savaşı böyük dövlətlərə dərs oldu”

ABŞ-ın aparıcı media nümayəndələrindən olan “Newseek” nəşri ötən gün dünyada dron savaşlarının başladığı barədə məqalə yayımlayıb. JAMAZ.İNFO xəbər verir ki, jurnal ABŞ, İngiltərə, Rusiya və digər böyük dövlətlərin artıq yeni müharibələrə hazırlıq üçün konkret planlar hazırlamağa başladığını yazıb.

Məqalədə deyilir ki, ötən ilin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda müharibə aparan Azərbaycan Ordusunun dronlardan və PUA-lardan geniş şəkildə istifadə etməsi uğurlu nəticələrə gətirib çıxarıb. “Sentyabr-noyabr aylarında Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibədə PUA-lardan geniş istifadə olundu. Nəticədə, Azərbaycan Ordusu ən az itki ilə, böyük ərazilərini işğaldan azad etməyi bacardı. Bu müharibədə PUA və dronlardan geniş istifadə olunması isə böyük dövlətlərin diqqətini çəkməyə başlayıb və artıq onlar yeni texnologiyalardan yararlanmaq qərarına gəliblər”.

“Newseek” yazır ki, Dağlı Qarabağ müharibəsinin taleyini müəyyən edən Türkiyə istehaslı olan PUA-lar özünün texnoloji gücünə və daha öncə görülməmiş döyüş taktikasıyla dünya ictimaiyyətini ciddi şəkildə təsir etsə də, onları panikaya da sürükləyib. “Bu müharibədən sonra İsrail, İngiltərə və ABŞ-ın hərbi mütəxəssisləri Türkiyənin dronlarının önəmli olmasını qəbul ediblər. ABŞ-ın yeni hökuməti isə yaxın vaxtlardan etibarən bununla bağlı özünün planını hazırlayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button