ADR də piket keçirmək qərarı verdi

  • XƏBƏR
  • 12.11.2019 16:27
  • 22 dəfə oxundu

Demokratiya və Rifah (ADR) Hərəkatı aksiyaya qərar verib. Bu barədə Hərəkatın sədri Qubad İbadoğlu öz feysbuk hesabında yazıb.

Qubad İbadoğlunun sözlərinə görə, noyabrın 11-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin növbəti toplantısı keçirilib. Yığıncaqda ilk olaraq görülmüş işlər və qərarların icra vəziyyəti haqqında məlumat dinlənilərək qəbul edilib. 

Sədr bildirib ki, piketdə 2020 -ci ildən uşaq pulunun bərpası, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələb olunacaq: "Respublikada ictimai siyasi vəziyyət və ADR Hərəkatının vəzifələri geniş müzakirə olunaraq hakimiyyətin ölkədə müxalifət fəallarına qarşı tətbiq etdiyi repressiv təzyiq üsulları, onların üzərinə qoyulmuş polis nəzarəti kəskin pislənilib və hakimiyyətdən belə təqib metodlarına son qoyması tələb edilib. Müzakirələr zamanı hüquq müdafiəçisi Oktay Gülalıyevin hazırkı durumunun ciddi narahatlıq yaratdığına diqqət çəkilib, hakimiyyət orqanlarından bu qəzanın ciddi araşdırılması, baş vermiş hadisənin qəza, ya qəsd olmasına aydınlıq gətirilməsinin vacibliyi vurğulanıb, istintaqın nəticələrinin ictimaiyyətdən gizlədilməsinin yolverilməz olduğu bildirilib və bu qəzada maraqlı tərəflərin olduğuna ciddi şübhələrin yol açdığı ifadə edilib”. 

Qubad İbadoğlu qeyd edib ki, Respublikada yaranmış ağır ictimai, siyasi və sosial durumu dəyərləndirən müzakirə iştirakçıları mövcud vəziyyətə dair bəyanat qəbul ediblər: "ADR Hərəkatı İdarə Heyəti dözülməz sosial durumun, acınacaqlı yaşam şərtlərinin əhalinin aztəminatlı hissəsinin, xüsusilə də yaşlı nəslin və uşaqların güzəranının daha da pisləşməsinə səbəb olduğunu əsas gətirərək, 2020 -ci ilin dövlət büdcəsində uşaq pulunun verilməsinin nəzərə alınması, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələbləri ilə noyabrın 19-da saat 15-dən 16-dək Sosial Müdafiə Nazirliyinin qarşısında piket keçirməyə qərar veriblər”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər