Adil İsmayılova vəkil həmkarlarından dəstək-YENİLƏNİB

  • GÜNDƏM
  • 12.09.2019 11:27
  • 126 dəfə oxundu

Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas Adil İsmayılov 1 il müddətinə vəkillik fəaliyyətindən məhrum edilib. JAMAZ.İNFO xəbər verir ki, Adil İsmayılovdan şikayəti onun həmkarı edib və müvafiq qərar Vəkillər Kollegiyası tərəfindən qəbul edilib.  

Adil İsmayılov sosial şəbəkədə yazdığı statusda rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib.

O deyib ki, məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova rəsmi müraciət göndərib: "Baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm, inanıram ki, cəsarət tapıb bunu edəcək. Ondan sonra mən də məsələyə münasibət bildirəcəyəm".

Bundan əlavə, o, şikayət verən həmkarının da adını deməyib.

Artıq digər vəkil həmkarları onun müdafiəsinə qalxıblar. JAMAZ.İNFO xəbər verir ki, tanınmış vəkil Elçin Sadıqov bununla bağlı Facebook hesabında Adil İsmayılova köməklik etməyə hazır olduğunu bildirib. “Dəyərli vəkil həmkarım Adil Ismayilovdan şikayət edənlərin yəqin ki, yeganə uğurları Adil İsmayılovun fəaliyyətinin bir illik dayandırlmasına nail olmaqdır. Güman ki, bunu özlərinin qələbəsi kimi sırımağa çalışacaqlar. Təəsüf edirəm”.

Sadıqov bildirib ki, Adil müəllim ifadə azadlığına müdaxilənin qurbanı olub. “Bu müdaxilənin demokratik cəmiyyətdə zəruri olmadığını, müdaxilənin qeyri-proporsional olduğunu və müdaxilənin Konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın prinsipiləri nəzərə alınmaqla qarşıya qoyulmuş məqsədə zidd olduğunu bildirirəm”.

Tanınmış vəkil mövqeyini də açıqlayıb: “Mövqeyim odur ki, VK RH bu məsələni yenidən müzakirə etməli, Adil İsmayılovun vəkillik fəaliyyətini bərpa etməlidir. Yenidən müzakirə edilərsə bu işlə bağlı “amicus curae” hazırlamağa hazıram”.


Məsələ ilə bağlı açıqlama verən Nemət Kərimli deyib ki, Adil İsmayılovun vəkillik fəaliyyətini 1 il müddətinə dayandırılması kimlərisə təcübləndirir. “Amma təəcüblü odur ki, niyə bu qədər gec oldu. Vəkiliiyin inkişafı yeni mərhələ keçir; vəkil vəkilin üzünə durdu. Mən utanıram, sizləri bilmirəm. Bəs vəkillərin etik kodeksində yazmışdınız, vəkil özünü ləyaqətli aparmalıdı”.


Tanınmış vəkil Aqil Layıc isə deyib ki, Azərbaycanda şərəf və ləyaqət işləri ilə məşğul olan və məşğul olmalı olan yeganə orqan məhkəmələrdir. “Vəkillər Kollegiyasının buna qəti olaraq səlahiyyəti yoxdu. Dünya praktikasında da belədir. Adil Ismayilova qarşı olunan şikayət Kollegiyada baxıla bilməzdi. Ona görə bu qərarı ədalətsiz və əsassız hesab edir və yenidən baxılmasını vacib hesab edirəm. 

Həmçinin vəkilin vəkildən şikayəti əsasında cəzalanması vəkillər arasında olmayan həmrəyliyə də zərərdir və təhlükəli addımdır”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər