ABŞ qapıları bağlayır:BU ÖLKƏYƏ MÜHACİRƏT YASAQLANIR

  • DÜNYA
  • 06.09.2019 23:51
  • 75 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp daha bir məsələyə imza atmağa hazırlaşır. Bu dəfə Tramp siyasi baxışlarına görə təqib olunan insanların ölkəyə mühacir kimi gəlməsinə qadağa qoymaq fikrindədir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “New York Times” qəzeti Ağ Evdəki mənbəyə istinadən xəbər yayıb.  

Məlumatda deyilir ki, ABŞ prezidenti düyna ölkələrində aclıq, müharibə və siyasi baxışlarına görə, qaçaraq bu ölkəyə sığınanların sayına məhdudiyyət qoymaq üçün müzakirələrə başlayıb. Bununla əlaqədar qanunda dəyişiklik məsələsi yeni ilin əvvəlində müzakirəyə çıxarılacaq.

Ağ Evdəki mənbə deyib ki, Əfqanıstan və İraqda ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən şəxsləri çıxmaq şərti ilə yerdə qalan mühacirlərin illik sayını 10-15 min nəfər arasında məhdudlaşdırmağı düşünürlər. Bəzi ölkələr üçün də məhdudiyyət nəzərdə tutulmayacaq. Amma onların sayı konkretləşdirilib, ən minimum həddə salınacaq.

ABŞ-da fəaliyyət göstərən Beynəlxalq Qaçqınlar Təşkilatının rəhbəri Erik Şvartz bəyan edib ki, Trampın bu hərəkəti haqsızlıqdır. “Qaçqınların sayı hal hazırda tarixdə ən yüksək həddədir. Belə bir vəziyyətdə ABŞ müdafiəsiz və qorunmağa ehtiyacı olan insanlara yuva olmalıdır. Tramp bu hərəkəti ilə ölkənin lider olmasından imtina etdiyini təsdiqləyir”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər