ABŞ administrasiyası "erməni soyqırımı" haqqında qətnamənin əleyhinə çıxdı

  • DÜNYA
  • 06.11.2019 13:15
  • 17 dəfə oxundu

ABŞ prezidenti Donald Trampın administrasiyası Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsinin, habelə Nümayəndələr Palatasının ötən həftə qəbul etdiyi erməni soyqırımının tanınması haqqında qətnamənin əleyhinədir. Bu iki təşəbbüs əsas NATO müttəfiqimizlə münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər, deyə Bloomberg Dövlət Departamentindən sitat gətirir.

“Administrasiya Nümayəndələr Palatasının qəbul etdiyi sanksiyaların ABŞ-ın əl-qolunu bağlayacağından narahatdır”, deyə adının açıqlanmasını istəməyən məmur bildirib. 

O, prezident Trampın qanun layihəsinə veto qoymaq niyyətində olub-olmadığını bildirməyib. Qətnamə Türkiyənin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edilməsini və onların ABŞ-a girişinin qadağan edilməsini nəzərdə tutur. Sənəddə həmçinin Suriyada istifadə üçün ABŞ-ın Türkiyəyə hərbi texnika tədarük etməsini qadağan edir. 

Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, soyqırım haqqında qətnamənin qəbulu və Türkiyənin Suriyadakı əməliyyatlarının pislənməsi zamansız idi və Türkiyə uzun illər boyunca bu cür qətnamələrin münasibətlərin kəsilməsinə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər