ABŞ Senatında təmsil olunan 30 senator Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün maliyyə yardımı ayrılması təşəbbüsü ilə çıxış ediblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosu məlumat yayıb.
Məlumatda deyilir ki, müharibədən sonra Qarabağda minalanmış ərazilərin təmizlənməsi prosesini sürətləndirmək məqsədi ilə ayrılacaq vəsaitin 2 milyon dollar olması nəzərdə tutulur.
Qeyd edək ki, bu vəsait Azərbaycana deyil, Qarabağdakı ermənilər üçün nəzərdə tutulub.