Ermənistan aprel döyüşləri ilə bağlı məlumatları açıqlayacaq
Ermənistan parlamentində 2016-cı il aprel müharibəsi ilə bağlı dinləmələr keçirilib. JAMAZ.İNFO xəbər verir ki, Milli Təhlükəsizlik və Müdafiə Komitəsində keçirilən dinləmələrdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, sabiq baş nazir Karen Karapetyan və bir çox yüksək çinli məmurlar iştirak ediblər.
“Mənim Addımım” fraksiyasının üzvü, Ermənistan parlamentinin milli təhlükəsizlik və müdafiə komisiyasının sədri Andranik Koçaryan bildirib ki, dinləmələrdən sonra qərara alınıb ki, həmin dövrə aid bir sıra məsələlər ictimaiyyətə açıqlansın. “Bu, o məlumatlara xasdır ki, onlar dövlət sirri təşkil etmir”.
Koçaryan onu da deyib ki, spiker Ararat Mirzoyanla məsləhətləşmələrdən sonra yaxın 2-3 gün ərzində aprel döyüşləri ilə bağlı dinləmələrin nəticələri, habelə oradakı bəzi məlumatları açıqlayacaqlar. “Bəzi məsələlərdən ictimaiyyətin xəbər tutması lazımdır. Bir məsələyə toxunum ki, deputatlar bu dinləmələr zamanı həmin dönəmdə hakimiyyətdə olanların Azərbaycanın hərbi əməliyyatlara başlayacağı tarixlə bağlı əvvəlcədən məlumatlarının olub olmadığını dəqiqləşdirməyə çalışıblar. Lakin bunun detallarını açıqlaya bilmərik, çünki dövlət sirri təşkil edir”.