Cəmiyyət
Heydərovun ailə şirkətləri bir-birini məhkəməyə verdi
“AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) “Gilan Vegetables” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. JAMAZ.İNFO yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iclasının bu gün – 11 mart tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baş tutacağı bildirilib.
Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb.
Qeyd edək ki, 10.12.2015-ci il tarixində dövlət qeydiyyatına alınan “Gilan Vegetables” MMC-nin də “Gilan Holdinq”ə məxsus olduğu bildirilir. Həm “Gilan Vegetables” MMC, həm də “Gilan Holdinq” MMC eyni hüquqi ünvanda – Yasamal rayonu Nərimanov pr, ev 206-da qeydiyyata alınıb.
Onu da qeyd edək ki, ötən il “AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) fövqəladə hallar nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq Cavad oğluna qarşı da məhkəmə iddiası qaldırmışdır.