ManşetÖlkə içi

Azərbaycan Ermənistana qarşı iki iddia qaldırıb: Təzminat tələb edir

Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitraj iddiası təqdim edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a beynəlxalq arbitraj eksperti Sarqis Qriqoryan məlumat verib .

O deyib ki, iddiaların məxfiliyi hələ də açılmayıb. “İddialardan biri Vəhşi təbiətin və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyası çərçivəsindədir. Həmin sənədə əsasən Azərbaycan Ermənistanı qarabağda ekologiyaya vurduğu zərərə görə mühakimə olunmasını və zərərin ödənilməsini tələb edir”.

O bildirib ki, Azərbaycan Həsənriz və Drambondakı mədənlərdə və Laçındakı Qalaça SES-in ətrafında meşələrin kütləvi kəsildiyinə dair sənədlər və sübutlar təqdim edib. “Burada kimyəvi çirklənmədən də bəhs olunur”.

Qriqoryan onu da deyib ki, Azərbaycan bu məsələlərə görə, Ermənistandan konkret olaraq təzminat tələb edir. “Azərbaycan təzminatın məbləğini belə Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim edib. Bu, ilk haldır. Lakin Ermənistandan nə qədər təzminat tələb olunduğu hələlik məxfi saxlanılır”.

Erməni vəkil Azərbaycanın qaldırdığı ikinci iddiadan da bəhs edib. “Azərbaycan Avropa Enerji Xartiyası Sazişi çərçivəsində ikinci iddianı 2023-cü ilin fevralında Haaqa Daimi Arbitraj Məhkəməsinə təqdim edib. Azərbaycan Ermənistanın regionda mövcud olan su, külək və günəş elektrik enerjisi resurslarından istifadə etməyə imkan vermədiyini, enerji tranzitinin mövcud obyektlərinə, məsələn, Yevlaxı Naxçıvanla birləşdirən qaz kəmərinə ziyan vurduğunu iddia edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button