ManşetÖlkə içi

“Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq”

Urmiyə gölünün sürətlə quruması prosesi davam edir. Gölün dərinliyinin 25 metrə qədər düşməsi dünən İran hökumətini təcili toplantı keçirməyə vadar edib. JAMAZ.İNFO xəbər verir ki, vitse-prezident Reza Arifin başçılığı ilə Tehranda bir araya gələn hökumət və mütəxəssislər Urmiyə gölünün qurumasının qarşısını almaq üçün hansı addımlar atmağı müzakirə ediblər.

Reza Arif çıxışında deyib ki, öncəki hökumətlərin ciddi səhvlərini düzəltmək xeyli çətindir. Amma o, ümidsiz olmadıqlarını da deyib. Bunun üçün bir sıra zəruri addımların atılması ilə bağlı tədbirlər planı hazırladıqlarını deyib.

İranın vitse-prezident onu da deyib ki, Urmiya gölü probleminin həlli “milli qətiyyət” tələb edir. “Bizdən öncəkilər gölə axan çayların qarşısını kəsməklə, Urmiyəni böyük bir fəlatə sürüklədilər. İndi həmin səhvləri aradan qaldırmaq zamanıdır. Əks təqdirdə, biz Şərqli və Qərbi Azərbaycan, həmçinin Kürdistanı kənd təsərrüfatı bölgəsi kimi tam itirəcəyik. Bu isə o deməkdir ki, İran bir tikə çörəyi belə kənardan almalı olacaq. Buna imkan vermək olmaz”.

Qeyd edək ki, Urmiyə gölü quruyarsa, təkcə İran deyil, Azərbaycan və Ermənistan da bundan ciddi şəkildə əziyyət çəkəcək. Çünki qurumuş göldən qalxan duz böyük bir əraziyə yayılacaq ki, bu da torpaqların sürətli şəkildə şoranlşamasına gətirib çıxaracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button