Dünya

Ev dustağ edilən İsmayıl Qaani infarkt keçirib: Ofisinin rəhbəri İsrail agenti çıxıb

Bir neçə gündür SEPAH-ın Qüds Qoşunlarının komandanı İsmayıl Qaaninin ölüb, ölmədiyi məsələsi müzakirə olunur. JAMAZ.İNFO xəbər verir ki, İsrail tərəfi Beyrutu bombalayarkən Qaaninin öldürüldüyünü iddia etmişdi.

Lakin İran rəsmiləri məlumatı təkzib edərək, onun sağlam olduğunu bildiriblər. Amma müəmma bununla bitməyib. Çünki həmin xəbərlərdən sonra Qaaninin İranın dini lideri Əli Xamineyi ilə görüşəcəyi məlumatı yayılsa da, hər hansı hadisə baş verməyib.

Qətər hökumətinə yaxın media orqanı olan “Middle East Eye” nəşri bu barədə yazıb ki, SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani və bir sıra yaxın həmkarları ev dustaqlığındadırlar. “Onlar Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi zamanı təhlükəsizlik pozuntuları ilə əlaqədar dindirilirlər”.

“Sky News Arabic” kanalı isə İrandakı mənbələrinə istinadən iddia edib ki, Qaani dindirmə zamanı infarkt keçirib və xəstəxanaya aparılıb. Onun dindidilməsinin bir səbəbi kimi Qaaninin ofisinin rəhbərinin İsraillə əməkdaşlıqda şübhəli bilinməsi göstərilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button