İqtisadiyyat

İraq Hizbullahı Hörmüzü bağlayacaq: neft 200 dollar ola bilər  

İran-İsrail gərginliyi davam edir. Tribunainfo.az xəbər verir ki, hər iki tərəf mümkün hücumlar məsələsi ilə bağlı hazırlıqlarını davam etdirirlər.

“Bloomberg” Agentliyi yazır ki, ABŞ İsrailə Vaşinqtonun Tehrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsi müqabilində İrana qarşı cavab zərbəsinin miqyasını məhdudlaşdırmağı təklif edib. “Amerika rəsmiləri İsrailin İranın enerji infrastrukturuna hücumlarının enerji bazarlarını şoka sala biləcəyindən ehtiyat edir”.

“Axios” saytı mövzu barədə yazıb ki,  Amerika və İsrail İrana necə hücum etmək mövzusunda bir-birinə daha yaxın mövqedən çıxış etməyə başlayıblar. “İsrailin hazırkı planları hələ də Ağ Evin istədiyindən bir qədər aqressivdir”.

JAMAZ.İNFO bildirir ki, dünən İsrail hökumətinin qapalı iclası keçirilib. Hərbi rəhbərliyin də qatıldığı toplantıda yeganə müzakirə mövzusu İrana hücumla olub. CNN telekanalı bildirib ki, Təl Əviv hücvmun nə zaman, necə başlanacağı barədə qərar verib. “Lakin həmin qərarın konkret olaraq nədən ibarət olması barədə heç bir açıqlama verilmir”.

Bu əsnada İranın XİN başçısı Abbas Əraqçi isə ər-Riyaddan döndükdən sonra bəyan edib ki, İsrailin fəlakətə sürüklədiyi bölgənin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərq ölkələri birləşməlidir. Lakin o, hücum olarsa, buna hazır olduqlarını və cavab verəcəklərini də qeyd edib.

“əl-Məyadin” qəzeti isə İraq Hizbullahının da proseslərə qatılacağı barədə xəbər yayıb. Qəzet İraq Hizbullahının rəsmisi Əbu Əli əl-Əskəriyə istinadən yazıb ki, onlar ABŞ və müttəfiqlərinə İrana hücum etmək üçün İraq səmasından istifadə ilə bağlı xəbərdarlıq edib. Təşkilatın rəsmisi deyib ki, bu baş verərsə, Hizbullah Amerikanın İraq və regiondakı bazaları, kazarmaları və maraqları hədəfə alınacaq. “Biz Hörmüz boğazını da bağlayacağıq”.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın “neft arteriyası” hesab olunur. Hər gün 12 milyon barrel neft daşınması prosesinin əsas qaynağı olan sözügedən coğrafi məkan bağlanarsa, neftin qiyməti ən azı iki dəfə bahalaşacaq. Ekspertlər deyirlər ki, Hörmüz boğazının bağlanması nbeftin qiymətini 200 dollara qədər qalxmasına səbəb ola bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button