ManşetMedia

Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır

Hindistan Ermənistana ballistik raketlər satmağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırma Mərkəzi məlumat yayıb.

Həmin məlumatda deyilir ki, söhbət Dehlinin istehsalı olan “Paralay” raketlərindən gedir. Mərkəz qeyd edir ki, bu raketlərin uçuş məsafəsi 150-500 km aralığında dəyişir. Onun partlayıcı daşımaq qabiliyyəti isə 500 kq-a yaxındır.

Hindistan tərəfi bildirir ki, bu parametrlərlə “Paralay” raketlərini Ermənistana satmaq mümkün deyil. Çünki Dehli beynəlxalq konvensiyaya qoşulub və onun tələblərinə uyğun olaraq, sözügedən raketlərin, həm uçuş məsafəsini, həm də başlıq daşıma çəksini aşağı salmalıdır. “Ona görə də, “Paralay” raketinin uçuş məsafəsini azaltmaqla onu Ermənistana uyğunlaşdırmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button