Dünya

İranda ard-arda ikinci faciə: Neft zavodu partladı

İkin gün öncə İranda Tabas kömür mədənində baş verən faciədən sonra, dünən daha bir olay yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə Gərəmsar Neft Zavodunda yanğın baş verib.

Rəsmi məlumatlara görə, yanğın 10 neft çəninin yerləşdiyi ərazidən başlayıb. Hadisə nəticəsində 10 nəfər yaralanıb. Gün ərzində yanğını söndürmək mümkün olmayıb.

Gərəmsar Yanğından Mühafizə İdarəsinin rəsmiləri bildirib ki, yanğının daha geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar. Lakin zavodda baş verən ar-arda 4 partlayış onlara ciddi maneçilik törədir.

İranda isə bununla bağlı xəbərlər dolaşır ki, hadisələr kənar müdaxilə nəticəsində baş verib. Həmin iddialara görə, İsrail tərəfi İranda vəziyyəti gərginləşdirmək üçün bu addımları atır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button