Dünya

Almaniya Ukraynaya ballistik raketlərdən istifadəyə icazə vermədi

Almaniyanın kansleri Olaf Şölz Ukraynanın Rusiya ərazilərini vurmaq üçün ballistik raketlərdən istifadəyə qadağa qoyub. JAMAZ.İNFO xəbər verir ki, baş nazir bu barədə NTV kanalına açıqlamasında deyib.

O bildirib ki, Ukrayna ordusunun ballistik silahlardan istifadə qaydalarının daha da yumşaldılması onun mövqeyi ilə bir araya sığmır. Onun sözlərinə görə, Almaniya hökuməti onun üçün “çox aydın” olan bir neçə qərar qəbul edib. “Xüsusilə, Berlin uzaq məsafədən zərbələrə qoyulan məhdudiyyətləri ləğv etməyəcək. Bu, mənim şəxsi mövqeyimlə uyğun gəlmir. Biz bunu etməyəcəyik. Və bunun üçün ciddi səbəblərimiz var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button