AraşdırmaManşet

“Milyonerlər işi”ndə şok adlar: Briliant qaçaqmalçılarını kimlər necə himayə edib?

Bugünlərdə Bahadır və İkram Qasımovlar qardaşları ilə bağlı keçirilən məhkəmə prosesi bütün cəmyyətdə ciddi marağa səbəb olub. Buna səbəb bir neçə maddə ilə təqsirlndirilən qardaşların cəmiyyətdə kifayət qədər popuyarlığa malik olması, habelə, onlarla yanaşı, bir çox məşhur şəxslərin də isimlərinin bu prosesdə hallanmasıdır.

Hər şeydən öncə qeyd edək ki, Bahadır və İdrak Qasımov qardaşları ilə ötən dövrün ən məşhur banklarından biri olan Əmrah Bank arasında dərin və uzunmüddətli əməkdaşlıq əlaqəsi olub.

Qasımov qardaşları bütün pul köçürmələrini məhz Əmrah Bank üzərindən həyata keçirib. Ciddi qanun pozuntuları ilə müşahidə edilən məlum əməkdaşlıqdan həm Qasımov qardaşları, həm də Əmrah Bank böyük qazanc əldə edib. Qeyri-leqal pul köçürmələri bu əməkdaşlığın əsasını təşkil edib. Lakin Qasımov qardaşlarının biznes fəaliyyətində daha iki məşhur isim yer alıb ki, bunlardan biri Naxçıvvanın sabiq xanı Vasif Talıbovun oğlu Rza Talıbovdur.

Rza Talıbovun əli ilə sərhədlər aşan milyonluq zinət əşyaları Bahadır və İkram Qasımov qardaşları ilə Rza Talıbov arasındakı əməkdaşlıq respublika miqyası ilə məhdudlaşmamış, beynəlxalq xarakter almışdır. Bu əməkdaşlıq münasibətində Rza Talıbovun öhdəsinə düşən əsas missiya Qasımov qardaşlarına məxsus olan qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə digər ölkələrə, xüsusilə də İrana keçirilməsini təmin etmək olub. Rza Talıbov atasının imkan və səlahiyyətlərindən yararlanaraq bütün gərəkli adamları bu prosesə cəlb edə bilib. Binə hava limanının Naxçıvan yük bölməsinin rəisi Rövşən adlı şəxs də bu kateqoriyadandır.

Bahadır və İkram Qaslmov qardaşlarının nəhəng biznes imperiyasında yer alan fiqurlardan biri də Prezident Administrasiyasının sabiq aparat rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev olub. Bu şəxs Qasımov qardaşlarının ölkə daxilindəki bizneslərinin təhlükəsizliyinə cavabdeh olan əsas fiqur olmaqla yanaşı, həm də məlum biznesin daha da çiçəklənməsi üçün yeni əlaqələri təmin edib. Buna nümunə olaraq İlhamın Qasımov qardaşlarını Hacıağa adlı iranlı ilə tanış etməsini göstərmək olar. İran banklarının təmsilçisi olan Hacıağa, Qasımov qardaşlarına məxsus qızıl-briliantın İrana ixracında, bu satışdan əldə edilən vəsaitin İran banklarına yatırılmasında mühüm rol oynayıb.

Bahadır və İkram qardaşları ilə İlham arasında münasibətləri biznes tərəfdaşlığı ilə yanaşı, həm də şəxsi dostluğa çevirən əsas məqamlardan biri də onların “yerli” olmasıdır. Qasımov qardaşları Xızıdan, İlham isə Maştağadan olduqları üçün bir-birlərinə “yerli” deyə xitab edir, qarşılıqlı münasibətlərdə əsl təəssübkeşlik nümayiş etdirirdilər. Qasımov qardaşları ilə Ramiz Mehdiyevin kürəkəni arasındakı bu dostluq ətrafdakılar tərəfindən “dağlı ittifaqı” adlandırılır, əksəriyyət bu ittifaqla konfiliktdən uzaq olmağa çalışırdı.

Yuxarıda sadalananlardan aydın olduğu kimi, bu gün Qasımov qardaşları ilə yanaşı, Rza Talıbov, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də prosesdə tərəf olmalıdırlar. Qasımovların çirli biznes əməliyyatlarında iştirak edən digər şəxslər də də var ki, onlar haqqında gələn yazılarımızda ətraflı məlumat verəcəyik.

 

Sabir Məmmədov

P.S. Yazıdakı fikirlərlə görə redaksiya məsuliyyət daşımır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button