Ölkə içi

“Paşinyan hansı torpaqları Bakıya verəcəyini açıqlayıb”

“Azərbaycan Paşinyanın heç bir təklifini qəbul etməyib. Təkliflər diplomatik kanallarla həyata keçirilməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə keçmiş səfir Edqar Qazaryan danışıb.

O iddia edib ki, ki, Azərbaycan nəinki razılaşdırılmamış mətnlə bağlı saziş imzalamağa hazır deyil, həm də mətndə əksini tapmayan əlavə tələbləri var”.

Qazaryanın sözlərinə görə, sülh sazişi o ölkələr arasında imzalanır ki, onlar müharibə etmiş olsunlar. “Ermənistan və Azərbaycan bir birilərinə müharibə elan etməyiblər, aralarında da müharibə olmayıb. Ona görə də, onun nəticələrini sülh müqaviləsi adlandırmaq olmaz. Azərbaycanın məqsədi Ermənistanı bir dövlət kimi məhv etməkdir”.

Keçmiş səfir baş nazir Nikol Paşinyanın son açıqlamalarında Azərbaycanın Ermənistandan tələb etdiyi torpaqlar barədə fikirlərini də şərh edib. O deyib ki, Paşinyan həmin ərazilərin adlarını açıqlamaqla, Azərbaycanın həmin torpaqlara “iddia” etməsini rəsmiləşdirib. “Nikol Paşinyan son açıqlamasında ərazilərin adlarını sadalamaqla onları Azərbaycana verəcəyinin anonsunu verdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button