ManşetMedia

“İran Bakıya deyil, İrəvana xəbərdarlıq edir”

“İran mütəmadi olaraq Ermənistanın sərhədlərinin dəyişdirilməsinin onun üçün qırmızı xətt olduğunu bəyan etdikdə, bunu Azərbaycan hakimiyyəti üçün demir. Ermənistan hakimiyyətinə bir daha xəbərdarlıq edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Hanket” Analitik Mərkəzinin direktoru Vitali Manqasaryan deyib.

O qeyd edib ki, İran Ermənistanın hazırkı hakimiyyətinə inanmır. “Çünki bilir ki, Ermənistan hakimiyyəti istənilən vaxt qırmızı xətlərini dəyişə bilər”.

Onun sözlərinə görə, Qarabağda və indi Ermənistanda baş verənlər İranın maraqlarına uyğun deyil. “İran Azərbaycanı təbrik edə bilər, ərazi bütövlüyünü tanıya bilər. Lakin İranın analitik çərçivələri həmişə çox aydın tezislə bildirirlər ki, onlar bu döyüşdə uduzduqlarını dərk edirlər”.

Manqasaryan hesab edir ki, İran Qarabağdakı döyüşdə məğlub olub. “Analoji məğlubiyyəti Zəngəzurda yaşamaq istəmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button