GündəmManşet

Paşinyan Kərkiyə səfərdən imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ararat əyalətinə səfər edib. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanın Ermənistandakı anklav kəndi olan Kərki də bu əyalətin “tərkib” hissəsi kimi qeyd edilib.

Lakin Paşinyan dünən bölgədə olsa da, Kərkiyə səfər etməkdən imtina edib. Belə ki, o, Kərkinin qonşuluğunda yerləşən Sevakavan kəndində əhali ilə görüşəsə də, yolun o biri tərəfinə keçməyib. Hətta hökumət üzvləri bunu ona təklif belə ediblər. Amma rədd cavabı alıblar.

“Fakt” qəzeti yazır ki, Paşinyanın bu hərəkəti komanda üzvlərində narahatlıq yaradıb. Elə bölgədə yaşayan ermənilər də bundan təəccübləniblər. “Belə başa düşülür ki, Kərki kəndi yaxınlarda Azərbaycana veriləcək. Elə Paşinyan da bunu bildiyindən həmin kəndə baş çəkməkdən imtina edib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button