DünyaManşet

3000 rus əsgəri hər an müharsirəyə düşə bilər: Kurskda durum  

Ukrayna ordusu Kurskda keçirdikləri əməliyyat zamanı Rusiyanın daha bir neçə ərazisinə nəzarəti bərpa ediblər. JAMAZ.İNFO xəbər verir ki, əsas döyüşlər Kursk ilə Rusiyanın digər ərazilərini birləşdirən çayların sahillərində gedir.

“The Wall Street Journal” yazır ki , Rusiya qoşunları Seym çayı ilə Ukrayna sərhədi arasında mühasirəyə düşmək təhlükəsi ilə üzləşiblər. Rəsmi məlumatlara əsasən artıq rus qoşunları Seym çayının ən geniş hissəsinə sıxışdırılıb. Moskva əlavə qüvvə göndərməklə onları mühasirədən çıxarmağa çalışır.

Qəzet qeyd edir ki, bu gün səhər isə rus ordusunun Seym çayı ərazisindəki qüvvələrinin təhcizatı da kəsilib. “Biz onların üç körpüsünü partlatmçışıq. Onların mühasirəyə düşməsi an məsələsidir”.

Ukraynanın 14-cü alayının kəşfiyyat bölməsinin komandiri bildirib ki, ruslar çayı keçmək üçün tampon körpülərdən istifadə etməyə çalışırlar. “Amma biz onları həm HİMARS, həm də kiçik pilotsuz aparatlarla vururuq. Bundan başqa, bizim qırıcılarımız onlara dəstək verən artilleriyanı da darmadağın edib. Onlar təşviş içindədirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button