ManşetMedia

ETSN “Azərmaş”dan 185 minlik maşın alır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi avtomobil parkını yeniləmək qərarına gəlib. JAMAZ.İNFO xəbər verir ki, idarə bununla əlaqədar tender edlan edib və ““AZƏRMAŞ PARK” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Həmin müqaviləyə əsasən nazirlik MÇMC-dən 5 ədəd yük avtomobili alacaq ki, bunun üçün də 185.333 manat pul sərf edəcək.

Qeyd edək ki, “Azərmaş Park” şirkəti Azərbaycan bazarında uzun zamandan bəri var. Onlar Rusiya, Özbəkistan və İran avtomobillərinin Azərbaycanda istehsalı ilə məşğuldurlar. Hazırda Neftçalada “İran Khodro”nun “Khazar” modelini, Hacıqabulda Özbəkistanın lisenziyası ilə “Chevrolet Cobalt” markalı, eyni ərazidə Rusiyanın “GAZ” şirkətinin bir neçə modelini istehsal edirlər.

ETSN-in almaq istədiyi avtomobilə gəldikdə isə onlara mühərrik gücü 2.5 lt olan, mexanika sürət qutulu, fermer tipli avtomobil lazımdır.  “Azərmaş”ın bu tipdə istehsal etdiyi yeganə model “GAZ” şirkətinin bir neçə modelidir ki, onlardan yalnız ikisi nazirliyin parametrlərinə cavab verir.

Belə ki, nazirliyin Nəqliyyat Parkı yük avtomobili olaraq 3 ədəd maşın almağı planlayır ki, buna uyğun model “GAZ Next A21R32-30”dir. Bu avtomobil markasının son modelinin qiyməti isə 39 000 manat təşkil edir. Yəni, ETSN 3 ədəd avtomobilə tenderin şərtlərinə görə, 117 min manat xərcləməlidir.

Bundan başqa, ETSN daha iki avtomobil də almalıdır. Fermer tipli yük maşının paralemtrləri də üstə qeyd etdiklərimizdən fərq eləmir. Lakin burada fərq modeldədir. Belə ki, nazirliyin sifariş etdiyi həmin model “GAZ 3302-744”dür ki, onun da bazar qiyməti 29 500 manatdır. Bu isə ETSN-in iki avtomobil üçün daha 59 min manat xərcləyəcəyi deməkdir.

5 ədəd avtomobilin qiymətini cəmlədikdə ortaya 176 min manatlıq bir məbləğ çıxır. Tender üçün nəzərdə tutulmuş məbləğdən isə real rəqəmi çıxdıqda, 9 min manat fərq yaranır.

Nəzərə alaq ki, avtomobillərin qiyməti “Azərmaş”ın təklif etdiyi deyil, bazar qiymətləridir. Bu isə o deməkdir ki, ortada hər avtomobil üçün ən azı 2-3 min manat güzəşt mövcuddur. Belə olan halda, ETSN-in 5 avtomobil üçün ən azı 18 min manat artıq pul xərclədiyi üzə çıxır ki, bu da qəti anlaşılan deyil.

Xatırladaq ki, “Azərmaş”ın adı bir çox hallarda qanunları pozmaqda və məhkəmə çəkişmələrində çəkilir. Məhz qanunları pozduğuna görə, dəfələrlə cərimə edildiyi də məlumdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button