Dünya

Balsanyan: “Rusiya Qafqaza qayıdarsa, nə dəhliz, nə də konstitusiya tələbi olmayacaq”

“Rusiya Qafqaza qayıtmaqla Ermənistan üçün bir neçə vacib problem həllini tapacaq”. JAMAZ.İNFO  xəbər verir ki, bunu politoloq Qriqor Balasanyan deyib.

O bildirib ki, həmin problemlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. “Ruslar geri dönərsə, dəhliz söhbəti bağlanacaq.Qərb İran, Rusiya və Çini netrallaşdırmaq üçün həmin dəhlizin açılmasında maraqlıdır. Bu proses Avropadan Asiyaya uzanacaq yol məsələsini də gündəmdən düşürəcək”.

Balasanyan iddia edir ki, rusların bölgəyə dönüşü Azərbaycanın siyasətini də dəyişdirəcək. “Xüsusən konstitusiyada dəyişiklik tələbi aradan qalxacaq. Ritorika dəyişəcək”.

O hesab edir ki, dəhliz ABŞ demokratlarına lazımdır. Erməni politoloq ABŞ-ın tələsməsini də bununla əlaqələndirir. “Sülh müqaviləsi heç onların imzalamaq istədikləri formada imzalanmayacaq. Prosesin noyabra qədər başa çatacağı da inandırıcı deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button