ManşetMedia

İcra başçısının deputat olmaq arzusu suya düşdü: Seymur Orucov çətində 

Ağstafanın icra başçısı Seymur Orucov deputat olmaq fikrinə düşsə də, yuxarı dairələr onu bu niyyətindən çəkindiriblər. JAMAZ.İNFO Orucova yaxın mənbələrə istinadən bildirir ki, icra başçısı postunu deputat mandatına dəyişmək üçün çox enerji sərf edib.

Belə ki, o, yuxarı dairələrdə özünə simsar adamlarla görüşərək, arzusunu ifadə edib. Lakin ona deyiblər ki, parlament seçkilərində iştirak onluq deyil. Bunu isə onunla izah ediblər ki, Ağstafa rayonuna başçılıq etdiyi müddət ərzində heç bir tutarlı fəaliyyəti olmayıb. Və bu faktın özü onun əleyhinə işləyir. Üstəlik, ondan narazılıq var.

Məlumata görə, Seymur Orucov aldığı bu cavadan bərk pərt olub. Onun bir neçə gündür rayonda heç kimi qəbul etmədiyi, hətta yaxınlarına “tezliklə Ağstafadan ayrılacağam” dediyi bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button