ManşetSiyasət

“Azərbaycanda logistika müharibəsi olacaq” 

“Azərbaycanlılar Qarabağa köçməklə gələcəkdə böyük münaqişələrin hədəfinə çevrilə bilərlər”. JAMAZ.İNFO  xəbər verir ki, bu sərsəmləmə ilə separatçıların nümayəndəsi, bir zamanlar qondarma “nazir” olmuş Hayk Xanumyan çıxış edib.

O deyib ki, böyük güclərin regionda apardıqları siyasətlər regionu münaqişə platformasına çevirməlidir. “Bu yaxınlarda ABŞ dövlət katibinin müavini Obrayenin açıqlamalarına diqqət edin. O, Rusiya və Çinin təsirindən kənar regional layihələrdən bəhs edir. Hətta o, İrəvanın adından Bakıya söz verib ki, Ermənistan Orta Dəhlizin cənub istiqamətini işə salmaq üçün cəsarətli güzəştlərə hazırdır. Bu o deməkdir ki, region fövqəldövlət münaqişələri meydanına daxil olur və daha böyük müharibələr üçün səhnəyə çevrilə bilər”.

Xanumyan onu da deyir ki, Azərbaycan bütün regional layihələrdə var. “Bakı türk dünyası ilə birləşərək, böyük bir bazara sahiblənməyə çalışır. İran, Rusiya və Çin isə türk dünyasının birləşməsinə qarşıdır. Bu, regionu böyük müharibə teatrına çevirə biləcək təhlükəli oyundur”.

Separatçı həmçinin “ekstrasenslik” də edib. O bildirir ki, Azərbaycanda müharibə riski görür. “Mən Azərbaycan ərazisində mümkün müharibəni görürəm. Regional müharibə logistika ilə bağlı olacaq. İran və Rusiya Orta Asiya və Cənubi Qafqazın öz təsirlərindən çıxmasına imkan verməməlidir. Bu məsələ bu regionda həll olunmalıdır. Ona görə də bu regional partlayış yalnız bizim regionda mümkündür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button