Sosial
Bakıda sökülən mənzilə görə nə qədər kompensasiya verilməlidir?
Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur. Vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.
Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.
Bəs sökülən evə görə mənzil sahibinə nə qədər kompensasiya ödənilməlidir?
Ekspert qeyd edib ki, daha sonra həmin sakinlərə sökdükləri binaların yerindən 20 faizdən artıq sahəsi olan mənzillər təhvil verilir. Onun sözlərinə görə, vətəndaşa ödənilən kompensasiya təqribən həmin 20 faiz ümumi artıq sahədir: “Bu da vətəndaşın təqribi 2-3 il müddətində gözlədiyinə görə olan kompensasiyalardır. Bundan əlavə həmin ərazilərdə sökülən evlərin əvəzinə vətəndaşa yeni tikili binadan verilən mənzillərin satış qiymətindən vətəndaşın köhnə mənzilinin satış qiymətindən demək olar ki, 2 dəfəyə qədər baha qiymətə bazarda dəyərləndirilir”.
Bəzi ərazilər də var ki, özəl şirkətlər həmin əraziləri sökərək yerində hər hansısa bir tikinti işləri aparır, o zaman isə vətəndaşa verilən məbləğ ərazi üzrə qiymətləndirilir və bazar qiymətinə uyğun olaraq vətəndaşlara kompensasiya verilir – deyə Elnur Fərəzliyev əlavə edib.