Rusiya Qarabağdakı müvəqqəti yerləşmiş sülhməramlı kontingenti daha 6 daimi və 21 müvəqqəti müşahidə məntəqəsini bağlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Həmin məlumatda deyilir ki, həmin postlar əsasən Əsgəran, Şuşay, Xocavənd və Ağdərə ərazilərində fəaliyyət göstərib.
Bundan başqa, ruslar yaşayış məntəqələrinin elektrik enerjisi və qaz təchizatının bərpası prosesində də iştirak edirlər.