Dünya
İsrail diplomatı: “Təl Əviv HƏMAS-la danışıq aparmaq niyyətində deyil”
“İsrail HƏMAS ilə sülhün əldə edilməsi məsələsini müzakirə etmək niyyətində deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.
Onun sözlərinə görə, İsrail “Həmas” hərəkatını məhv etməyi özünə vəzifə bilir. “Bu vəhşilərlə danışıq dövrü bitdi, HƏMAS-ın terror infrastrukturunu məhv etməyin, bu cür dəhşətlərin bir daha təkrarlanmaması üçün onu tamamilə yer üzündən silməyin vaxtıdır”.